Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
MİLLİ MƏTBUATIMIZIN İNKİŞAFI

0

  •                                            


              Milli  mətbuatımızın əsası görkəmli ziyalı Həsən bəy Zərdabinin 1875-ci ildə  nəşrinə başladığı "Əkinçi" qəzeti ilə qoyulmuşdur. Məlumdur ki, 1877-ci ilədək qəzetin 56 sayı çapdan çıxmışdır. Bu qəzetin əsas məqsədi  xalqı maarifləndirmək idi. Daha sonra 1879-cu ildə Tiflisdə Azərbaycan türkcəsində "Ziya" qəzeti çıxmağa başladı. İdeya istiqamətinə görə mətbuat üç qrupa bölünmüşdü: demokratik, milli burjuaziya və bolşevik.               

              Demokratik mətbuatın nümunələri içərisində 1903-1905-ci illərdə M.Şahtax- tinskinin redaktorluğu ilə ana dilində nəşr olunan "Şərqi-rus" qəzeti və C.Məm mədquluzadənin redaktorluğu ilə 1906-cı ildən işıq üzü görən "Molla Nəsrəddin" jurnalı xüsusilə seçilirdi. Xalq şairi Mirzə Ələkbər Sabir Azərbaycan ədəbiyyatı tarixində şərəfli yer tutanböyük simalardan biri  olmuşdur...
    Onun inqilabi-demokratik poeziyası öz müasirliyi, xəlqiliyi, yüksək sənətkarlığı ilə Azərbaycan mədəniyyətinin, bədii və ictimai fikrinin tərəqqisindəmüstəsna rol oynamışdır... Beləliklə, Sabirin böyük xalq şairi, inqilabçı satirik kimi yetişməsində, onun mütərəqqi dünyagörüşü və poetik üslubunun formalaşmasında"Molla Nəsrəddin" jurnalı həlledici rol oynamışdır. 

              Vətənpərvər milli burjuaziyanın nümayəndələrinin maliyyələşdirdiyi "Həyat", "İrşad", "Dirilik", "İqbal" vəs. qəzet, jurnallarda millətin, xalqın taleyüklü problemlərinə toxunulurdu.

               Azərbaycan Respublikasının Konstitusiyasında da mətbuat və söz azadlığı müəyyən edilmişdir. Ölkəmiz demokratik və dünyəvi dövlət kimi bu dəyərlərə qiymət vermişdir. Məlum olduğu kimi müstəqil dövlətimiz Azərbaycanda söz və mətbuat azadlığının əsası ümummilli liderimiz Heydər Əliyev tərəfındən qoyulmuşdur. Ulu öndərimiz 1996-cı il avqustun 6-da "Ölkədə söz, fıkir və mətbuat azadlığınm təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" imzaladığıfərmanm bir bəndində mətbuatda dövlət siyasətini mühafizə edən baş idarənin ləğvolunması göstərilirdi. Bu isə mətbuatda senzuranm ləğvi demək idi.

              Müstəqil Azərbaycan Res- publikasının Prezidenti İlham Əliyev ölkədə azad sözün qarantı olduğunu dəfələrlə öz çıxışlarında qeyd etmişdir. Ölkəmizdə mətbuata diqqət və qayğı bir çox istiqamətdə özünü büruzə verir. Belə ki, ən əsası mətbuata maddi yardımların edilməsidir. Mətbuatın borclarınm ləğv edilməsi, onlara birdəfəlik yardımların verilməsi dövlət tərəfındən mətbuata qayğının gözəl nümunəsidir. Gündən-günə böyüyən, çiçəklənən respublikamızda mətbuat, söz azadlığı demokratik şəkildə həyata keçirilir. Ölkəmizdə hər kəs öz fikrini, sözünü mətbuatda açıq şəkildəifadə etmək imkanma malik olmuşdur. Bu, reallıq Azərbaycan Respublikası Konstitusiyasında öz əksini tapmış qaydaya uyğun aparılan prosesdir. Azərbaycan dövlətin də mətbuatın qayğılan, eyni zamanda, cəmiyyət və mətbuat arasmdakı münasibətlər daim ölkə başçısmın diqqət mərkəzində olmuşdur

               Milli mətbuatımıza göstərilən dövlət qayğısmın nəticəsi olaraq, mətbuatımız bu gün dünya standartlanna uyğun olaraq inkişaf edir vətəkmilləşir.

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi10 il öncə
    İzlənib46 dəfə
    MİLLİ MƏTBUATIMIZIN İNKİŞAFI

    Maraqlı gələ bilər
    65
    49
    16
    0